AZ

"Slovan"dan konkret təklif almışdım, milliyə dəvət edilmək şansım var" - "Sabah"ın müdafiəçisi

"Sabah"ın müdafiəçisi Timoteuş Puxaç Polşa millisinin idman direktoru Adrian Mierzeyevski ilə söhbətindən danışdı.

Sportal.az “Foot Truck”a danışan “Sabah”ın futbolçusu yığma komandaya dəvət olunmaq ehtimalından bəhs edib:

"Sabah"la müqavilə imzalamamışdan əvvəl millinin idman direktoru Adrian Mierzeyevski mənə zəng etdi. Ümumiyyətlə, milli komandanın maraq dairəsindəyəm. Çünki sol cinah müdafiəçilərimiz çox deyil, ona görə də yaxşı oynasam, milliyə dəvət edilmək şansım var. "Sabah"a keçməzdən əvvəl “Slovan”dan (Bratislava) konkret təklif almışdım. Ora getmək istəyirdim və demək olar ki, hər şeydə razılığa gəlmişdik. Amma bazarda belə olur: kimsə qəfildən yerimi tutdu”.

saytlarin hazirlanmasi

Seçilən
29
2
sportal.az

3Mənbələr