Mali millisinin və Fransa "Oser"inin hücumçusu Lassin Sinayoko jaryerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az "Africafoot"a istinadən xəbər verir ki, afrikalı forvard "Mançester Yunayted" ilə danışıq aparır
Mənbə danışıqların müsbət məcrada davam etdiyini və MY-nin 26 yaşlı oyunçunu qış fasiləsində heyətinə qatmağı hədəflədiyini vurğulayıb.
Sinayokonun "Oser" ilə müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, bu mövsüm Lassin Liqa 1 komadasında 16 matça çıxaraq 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 7 milyon avro ilə dəyərləndirir.
Nihat