AZ

Zaporojye AES-də əsas enerji xətti təmir olunur

BAKI, 28 dekabr. TELEQRAF

Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında yerləşən əsas enerji xəttində təmir işlərinə başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) mətbuat xidmətindən məlumat verilib.

Bu, AEBA-nın vasitəçiliyi ilə əldə olunmuş növbəti lokal atəşkəs razılaşmasından sonra mümkün olub.

Agentliyin rəhbəri Rafael Qrossi bildirib ki, stansiyada mütəxəssislər qrupunun müşahidəsi altında aparılan təmir işləri bir neçə gün davam edəcək və məqsəd hərbi konflikt şəraitində nüvə hadisələrinin qarşısını almaqdır.

Qrossi həmçinin münaqişə tərəflərini növbəti müvəqqəti "sükut pəncərəsi"nin yaradılmasına razılıq verdikləri üçün təşəkkür edib. Bu, Zaporojye AES ilə Zaporojye istilik elektrik stansiyası arasındakı enerji ötürməsinin bərpasına imkan verəcək və nüvə təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək.

Seçilən
47
1
teleqraf.com

2Mənbələr