“Qarşıdakı illərdə İranda əhalinin azalması tendensiyası ən böyük böhranlardan birinə çevriləcək”.
Bu barədə İran daxili işlər naziri İsgəndər Momeni bildirib.
“Azalma tempi və sürəti davam edərsə, 2101-ci ildə ölkə əhalisi 40 milyon nəfərdən aşağı düşəcək. Bu, böyük fəlakət və bir ölkəni təhdid edən ən böyük təhlükə deməkdir”, – nazir vurğulayıb.
Qeyd edək ki, hazırda İran əhalisinin sayı təxminən 86 milyondur.