AZ

Türkiyədən Qətərə xalça ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qətərə xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azalaraq, 14 milyon 89 min 63 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Qətərə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq, 1 milyon 370 min 5 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 250 milyon 886 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 3,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 2 milyard 800 milyon 843 min dollar məbləğində xalça ixrac edib.

Seçilən
28
49
turkic.world

10Mənbələr