AZ

"Bavariya" iki futbolçusu ilə müqaviləni uzadacaq

Almaniyanın “Bavariya” klubu hücumçu Serj Qnabri və müdafiəçi Konrad Laymer ilə müqavilələri uzatmağı planlaşdırır.

90deqiqe.Az-ın "Sky Sport Germany"a istinadən məlumatına görə, yeni razılaşma ilə alman futbolçu komandada 2028-ci ilin yayına qədər qalacaq.

Qnabri 2018-ci ildən “Bavariya”da çıxış edir və onun mövcud müqaviləsi mövsümün sonunda başa çatır.

Laymerin müqaviləsi isə 2027-ci ilin yayında başa çatır və gözlənilir ki, onunla əməkdaşlıq 2029-cu ilə qədər uzadılacaq.

Qeyd edək ki, “Bavariya” hazırda Almaniya Bundesliqasında turnir cədvəlində liderdir. 15 oyundan sonra komandanın aktivində 41 xal var və ikinci pillə ilə fərq 9 xaldır.

Seçilən
107
45
90deqiqe.az

10Mənbələr