AZ

Kriştiano Ronaldo XXI əsrdə Avropanın top-5 liqasında liderdir

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo XXI əsrdə Avropanın beş əsas çempionatında meydana ən çox çıxan futbolçu olub.

90deqiqe.Az-ın "Score 90"a istinadən məlumatına görə, portuqaliyalı futbolçu reytinqdə 75 927 dəqiqə ilə birinci yerdə qərarlaşıb.

Avropada “Barselona” və PSJ-də çıxış etmiş və Argentina millisinin üzvü Lionel Messi 70 022 dəqiqə ilə üçüncü pillədədir. İkinci yeri isə Ronaldonun keçmiş komandası “Real”ın üzvü Serxio Ramos tutur (70 461 dəqiqə).

XXI əsrdə Avropanın top-5 liqasında ən çox oyun dəqiqəsinə sahib futbolçuların TOP-5 siyahısı:

Kriştiano Ronaldo — 75 927 dəqiqə

Serxio Ramos — 70 461 dəqiqə

Lionel Messi — 70 022 dəqiqə

Raul Albiol — 63 541 dəqiqə

Dani Alveş — 63 066 dəqiqə

Seçilən
62
90deqiqe.az

1Mənbələr