AZ

"O, topa zərbə vura bilmirdi"

style='margin-bottom:10px;'>

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Pol Skoulz klub tarixinin ən uğursuz transferini açıqlayıb.

QOL.az xəbər verir ki, sabiq yarımmüdafiəçi bu ada qapıçı Mark Bosniçi layiq görüb. O, "Overlap"a müsahibəsində avstraliyalı qolkiperi sərt tənqid edib:

“O qədər qeyri-peşəkar idi ki, bu, sadəcə gülməlidir. O, heç topa zərbə vura bilmirdi. Həyatımda belə şey görməmişdim. Ayaq ölçüsü 50 idi. O, bu nəhəng ayaqları ilə hər dəfə yerə ilişirdi”.

Qeyd edək ki, Bosniç 1999-cu ildə "Aston Villa"dan "Mançester Yunayted"ə keçib. O, "qırmızı şeytanlar"ın heyətində 38 oyuna çıxıb, eyni sayda qol buraxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb.

Seçilən
55
1
teleqraf.com

2Mənbələr