Ajans.az-ın məlumatına görə, hadisə Maşad kəndi ərazisində baş verib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı hasara çırpılıb. İlkin məlumata görə, müxtəlif bədən xəsarətləri alan bir nəfər yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.