AZ

Donald Tramp və Volodimir Zelenski arasında görüş başlayıb

Bakı. Trend:

Bu dəqiqələrdə Amerika Birləşmiş Ştatları (ABŞ) PrezidentiDonald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşbaşlayıb.

Trend-inməlumatına görə, görüş Trampın Florida ştatında yerləşən Mar-a-Laqoiqamətgahında təşkil olunub.

Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq məqsədilətəklif edilən 20 maddəlik sülh planı liderlərin əsas müzakirəmövzusu olacaq.

Bundan əlavə, görüşdən sonra tərəflərin Avropa liderlərinə zəngetməsi də nəzərdə tutulub.

Qeyd edək ki, görüşdən əvvəl Donald Tramp rusiyalı həmkarıVladimir Putinlə telefon danışığı aparıb.

Bu, Volodimir Zelenskinin Donald Trampla görüşmək üçün ABŞ-yəbeşinci səfəridir.

Seçilən
35
11
az.trend.az

10Mənbələr