AZ

Floridada Trampla Zelenski arasında görüş başlayıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vaşinqton, 28 dekabr, AZƏRTAC

Bu dəqiqələrdə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

AZƏRTAC-ın məlumatına görə, görüş Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında təşkil olunub.

Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün təklif edilən 20 maddəlik sülh planı liderlərin əsas müzakirə mövzusu olacaq.

Tərəflərin görüşdən sonra Avropa liderlərinə zəng etməsi də nəzərdə tutulub.

Görüşdən əvvəl Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Bu, Zelenskinin Trampla görüşmək üçün ABŞ-a beşinci səfəridir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
44
azertag.az

10Mənbələr