AZ

Cənubi Afrikada binanın çökməsi nəticəsində 3 nəfər ölüb

Cənubi Afrikanın Yohannesburq şəhərində binanın çökməsi nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Yohannesburq fövqəladə halların idarə olunması xidməti çökmə zamanı binanın içərisində 6 nəfərin olduğunu, onlardan 3-nün dağıntılar altında qaldığını bildirib.

Bir yaşlı uşaq və iki yetkin qadın daha sonra aldıqları xəsarətlərdən dünyasını dəyişib. Qalan 3 nəfər isə xəstəxanaya çatdırılsa da, onların vəziyyəti hələ də açıqlanmayıb.

Səlahiyyətlilər dağıntının səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Seçilən
101
50
far.az

10Mənbələr