AZ

Serbiyada 470 kiloqramlıq bomba zərərsizləşdirilib

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradın mərkəzində yerləşən tikintisahəsində İkinci Dünya müharibəsindən qalma 470 kiloqramlıq bombazərərsizləşdirilib.

Trend xəbər verirki, söhbət ABŞ istehsalı olan AN-M44 bombasından gedir. Məlumatagörə, sursat 1944-cü ildə Belqradın nasist işğalından azad edilməsizamanı müttəfiqlərin Almaniya ordusunun mövqelərinə endirdiyi havazərbələri zamanı istifadə olunub.

Polisin açıqlamasında bildirilib ki, yaşayış binaları və ticarətmərkəzinin yaxınlığında yerləşən tikinti ərazisi əməliyyatıntəhlükəsizliyini təmin etmək məqsədilə hərtərəfli yoxlanılıb.Sakinlərdən mümkün olduqda avtomobillərini ərazidən götürmələri vəevlərini müvəqqəti tərk etmələri xahiş olunub.

Bomba Belqraddan 180 kilometr məsafədə yerləşən hərbi sınaqpoliqonuna daşınıb və yaxın günlərdə orada məhv ediləcək.

Seçilən
76
2
az.trend.az

6Mənbələr