AZ

Qvatemalada faciəvi avtobus qəzası ölkədə matəm elan olundu

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Qvatemalada ağır yol qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Totonikapan şəhəri yaxınlığında avtobus yoldan çıxaraq dərin dərəyə düşüb. Qəza nəticəsində 15 nəfər həyatını itirib, ən azı 15 nəfər də yaralanıb.  

Qəzadan sonra ölkədə üç günlük milli matəm elan edilib.

Qvatemala prezidenti Bernardo Arevalo sosial şəbəkədəki paylaşımında qəzadan zərər çəkənlərə kömək etmək üçün lazım olan hər şeyin ediləcəyini bildirib.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
525.az

1Mənbələr