AZ

İran prezidenti: ABŞ, İsrail və Avropa ilə tam müharibə vəziyyətindəyik

BAKI, 29 dekabr. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ, İsrail və Avropa ilə tam müharibə şəraitində olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, İran dövlət mediasına verdiyi müsahibədə Pezeşkian Qərb dövlətlərinin İranı diz çökdürmək niyyətində olduğunu bildirib.

“Fikrimcə, biz ABŞ, İsrail və Avropa ilə tam müharibə vəziyyətindəyik. Onlar ölkəmizi diz çökdürmək istəyirlər”, - deyə İran prezidenti qeyd edib.

Pezeşkian mövcud qarşıdurmanın 1980-ci illərdəki İran-İraq müharibəsindən daha mürəkkəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda İran iqtisadi, mədəni, siyasi və təhlükəsizlik baxımından hərtərəfli təzyiqlərlə üz-üzədir.

Bununla yanaşı, İran prezidenti bildirib ki, iyun ayında İsraillə baş verən qarşıdurmadan sonra ölkənin silahlı qüvvələri daha da güclənib və mümkün hücumlara daha sərt cavab veriləcək.

Qeyd edək ki, müsahibə İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında Mar-a-Laqoda planlaşdırılan görüş ərəfəsində yayımlanıb. İyunda İran və İsrail arasında baş verən hava toqquşmaları zamanı hər iki tərəf itkilər verib. ABŞ-nin vasitəçiliyi ilə iyunun 24-də atəşkəs elan olunub.

Seçilən
65
teleqraf.com

1Mənbələr