AZ

Vuçiç gələn il növbədənkənar parlament seçkilərinin keçiriləcəyini təsdiqləyib

Serbiya Prezidenti Aleksandar Vuçiç 2026-cı ildə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini təsdiqləyib və hakimiyyətin etirazçıların əsas tələbini yerinə yetirdiyini bəyan edib.

"Report"un məlumatına görə, Serbiya lideri Belqradda parlament binası qarşısında vətəndaşlara müraciət edib.

Serbiya dövlət başçısı əmindir ki, növbədənkənar seçkilər etirazçıların hərəkətlərinə siyasi cavab olacaq: "Biz onların əsas tələbini qəbul etdik: tezliklə, gələn il seçkiyə gedəcəyik. Amma səslər hesablananda o qədər də sevinməyəcəklər. Biz onları Serbiyadakı hər oturacaqda məğlub edəcəyik", - deyə o vurğulayıb.

Vuçiç onu da qeyd edib ki, siyasi qarşıdurma demokratik normalar çərçivəsində qalmalıdır: "Ölkəmizi məhv etmək istəyənlərin hamısına qarşı mübarizədə sizinlə bərabər iştirak etməkdən şərəf duyacağam, lakin bu, siyasi mübarizə olmalıdır".

O, hakimiyyətə çoxsaylı ittihamları və təzyiqləri əsas gətirərək, ötən ilin onun üçün ən çətin olduğunu bildirib. Vuçiç həmçinin qeyd edib ki, etirazlar zamanı itki yoxdur. Prezident qarşıdan gələn ilin ölkə üçün uğurlu olacağına əminliyini ifadə edib.

Seçilən
74
far.az

1Mənbələr