AZ

"Zirə"nin legioneri Millətlər Kubokunda Qabon zəfəri yaşadı

“Zirə”nin legioneri Rikardo Martines Quimanın da üzvü olduğu Mozambik millisi Afrika Millətlər Kubokunda 2-ci tur matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, F qrupunda mübarizə aparan komanda Qabonla qarşılaşıb.

Görüş Mozambik millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Rikardo Martines də bu matçda iştirak edib. 30 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

2 turdan sonra 3 xalı olan Mozambik millisi qrupda üçüncü pillədə qərarlaşıb. Komanda növbəti görüşünü dekabrın 31-də Kamerun millisinə qarşı keçirəcək.

Seçilən
34
1
sportinfo.az

2Mənbələr