BAKI, 29 dekabr. TELEQRAF
COMEX birjasında gümüşün fyuçers qiyməti tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 82 dollar həddini keçib.
Teleqraf xəbər verir ki, ticarət məlumatlarına görə, gümüş fyuçerslərinin qiyməti 82,44 dollar təşkil edib.
Bildirilib ki, eyni vaxtda COMEX birjasında qızılın 2026-cı ilin fevral ayı üçün fyuçersləri 0,34 faiz bahalaşaraq 4 568 dollar səviyyəsində qərarlaşıb.