AZ

“Real” yenidən çəhrayı geyimə qayıda bilər

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Real Madrid”in üçüncü formasının gələcək mövsümlərdən birində yenidən çəhrayı rəngdə ola biləcəyi ilə bağlı məlumatlar yayılıb.

İdman.Biz xəbər verir ki, sızan ilkin detallara əsasən, Adidas “Real” üçün rəsmi “Pink/Ivory” (çəhrayı və fil sümüyü rəngi) kombinasiyasını geri qaytarmağı planlaşdırır.

Yeni dizaynda əsas fon çəhrayı olacaq və klubun gerbindən ilhamlanan incə naxışla bəzədiləcək. Latina üslub elementləri ilə birləşdirilən bu dizayn daha zərif vizual effekt yaratmağa hesablanıb. Fil sümüyü rəngli detallardan isə əsasən klub gerbi və kənar xətlərdə istifadə ediləcək.

Məlumata görə, bu forma reallaşarsa, “Real Madrid” tarixində üçüncü çəhrayı forma olacaq. Birinci dəfə bu rəng 2014/15 mövsümündə - Qaret Beyl, Kərim Benzema və Kriştianu Ronaldu triosunun oynadığı dövrdə istifadə olunub. İkinci dəfə isə 2020/21 mövsümündə daha açıq çalarlı çəhrayı forma təqdim edilmişdi.

Hazırda sızan görüntülər yalnız dizaynın kiçik bir hissəsini göstərir və əsasən səfər forması ilə bağlı fotolardan birində görünür. Lakin “Opaleak” və “Footy Headlines” tərəfindən daha əvvəl yayılan məlumatlarla üst-üstə düşməsi bu versiyanın reallaşma ehtimalını artırır.

Beləliklə, yayılan sızıntılara əsasən, “Real Madrid” yenidən çəhrayı rəngə “boyana” bilər.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
icma.az

2Mənbələr