AZ

Çinli robot Unitree mühəndisin belindən aşağı zərbə endirib...

…Antropomorf robot Unitree G1-in videosu sosial mediada izlənmə sayını artırır.

Kadrlarda robot real vaxt rejimində insan hərəkətlərini mükəmməl şəkildə təqlid edir. Nümayiş əvvəlcə qüsursuz gedir. Lakin, bir məşq zamanı robot gözlənilmədən operatora tərəf dönür və təsadüfən operatorun qasığına təpik vurur. Operator instinktiv olaraq çömbəlir və robot hərəkəti təqlid edir və bu da videonun viral populyarlığına səbəb olur.

SİA-nın məlumatına görə, Amerikalı milyarder Elon Musk videoya "o qədər gülürəm ki, ağlayıram" emojisi ilə reaksiyasını ifadə edərək şərh verib.

O, əvvəllər gələn ilin əvvəlində robotun yeni modeli Optimus-u buraxmaq planlarını açıqlamışdı.

Noyabr ayında Unitree Robotics şirkəti tamamilə uzaqdan idarə olunan robotunu təqdim etdi: G1 insan hərəkətlərini təqlid edə və video görüntülərdən öyrənə, futbol zərbələrindən tutmuş döyüş sənəti hərəkətlərinə qədər hər şeyi edə bilir.

Şirkət həmçinin istifadəçilərə Brüs Li üslubunda hərəkətlər də daxil olmaqla hazır animasiyalar yükləməyə imkan verən bir tətbiq buraxdı.

Əli Babayev

Seçilən
67
42
sia.az

10Mənbələr