AZ

Venesuela hökuməti seçkilərdən sonra saxlanılan 99 nəfəri azad edib

BAKI, 29 dekabr. TELEQRAF

Venesuela hökuməti 2024-cü il prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarına görə saxlanılan 99 nəfərin azad edildiyini bəyan edib.

Teleqraf xəbər verir ki, rəsmi açıqlamada bildirilir ki, qərar Milad bayramı ərəfəsində qəbul olunub və bu addım hökumətin “insan hüquqlarına qeyri-məhdud hörmətinin” göstəricisi kimi təqdim olunub. Hakimiyyət bunu ABŞ-nin artan təzyiqləri fonunda atılan addım kimi qiymətləndirib.

Bununla belə, vətəndaş cəmiyyəti təşkilatları açıqlamaya ehtiyatla yanaşaraq ölkədə hələ də azı 900 siyasi məhbusun saxlanıldığını bildirib. QHT-lərin məlumatına görə, azad edilənlərin əksəriyyəti şərti azadlıqdadır və onlara müxtəlif məhdudiyyətlər tətbiq olunub.

Qeyd edək ki, Venesuelada 2024-cü il seçkilərindən sonra baş verən etiraz aksiyalarından sonra onlarla müxalif fəal saxlanılıb, bir sıra müxalifət liderləri isə ölkəni tərk etmək məcburiyyətində qalıb.

Seçilən
49
teleqraf.com

1Mənbələr