AZ

Ronald Arauxo “Barselona” ilə məşqlərə bu gün qayıdacaq

Bakı. Trend:

İspaniyanın “Barselona” komandasının mərkəz müdafiəçisi RonaldArauxonun komanda ilə məşqlərə qayıdacağı vaxt məlum olub.

Trend xəbər verirki, məlumatı “Mundo Deportivo” nəşri yayıb.

Uruqvaylı futbolçu bu gün axşam keçiriləcək məşqdə komandayoldaşlarına qoşulacaq. Həmin məşq açıq olacaq və təxminən 6 000azarkeşin iştirakı gözlənilir.

Məlumata görə, Arauxo məhz bu tarixdə qayıtmaq istəyib ki, onuməktublarla dəstəkləyən azarkeşlərə şəxsən təşəkkür edə bilsin.

Bildirilib ki, futbolçu meydana qayıdışı tədricən həyatakeçirəcək və bu proses onun fiziki və emosional durumundan asılıolacaq. Müdafiəçi istirahət müddətində Uruqvayda şəxsi məşqçisi iləməşqlər edib və “Barselona”nın verdiyi proqram üzrə çalışıb.Oyunlara dönüşlə bağlı yekun qərar isə məşqçilər və tibbi heyətarasında aparılacaq müzakirələrdən sonra veriləcək.

Seçilən
46
20
az.trend.az

10Mənbələr