AZ

"iPhone" smartfonunuzu neçə ildən bir dəyişməlisiniz? -AÇIQLAMA

“Apple” şirkəti “iPhone” smartfonlarının hansı müddətdən bir yenilənməsinin daha məqsədəuyğun olduğunu açıqlayıb.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.

Bildirilib ki, dekabrın sonunda “Apple” köhnə telefonun əlavə ödənişlə yenisi ilə dəyişdirilməsi proqramı - “trade-in” üçün yeni reklam kampaniyası təqdim edib. Şirkət layihəni sosial şəbəkələrdə tanıdıb.

Reklam materiallarından aydın olur ki, “Apple” köhnə “iPhone”un yenisi ilə əvəzlənməsi üçün ideal müddət kimi təxminən 3 ili uyğun hesab edir.

Reklam bannerlərində müxtəlif model dəyişmə nümunələri göstərilib. Bütün hallarda köhnə və yeni modellər arasında fərq 3 il təşkil edir. Şirkətin yanaşmasına görə, istifadəçilər cihazlarını orta hesabla 3-4 ildən bir yeniləməlidir.

Mövzu sosial şəbəkələrdə də geniş müzakirə olunub. Bəzi istifadəçilər “iPhone”u daha uzun müddət - 7-10 il istifadə etməyi üstün tutduqlarını bildiriblər. Digərləri isə smartfonu tez-tez yeniləmələrinin səbəbini sonradan cihazı sərfəli qiymətə sata bilməmək qorxusu ilə izah ediblər.

Aytəkin TOFİQQIZI

Seçilən
47
1
redaktor.az

2Mənbələr