AZ

Meksikada sərnişin qatarı qəzaya uğrayıb: Ölənlər var

Meksikada sərnişin qatarı qəzaya uğrayıb.

Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Oaxaka ştatında baş verib.

250 nəfəri daşıyan qatarın relsdən çıxması nəticəsində azı 13 nəfər ölüb.

Meksika Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Nizanda qəsəbəsi yaxınlığında qəzaya uğrayan qatarda 9 nəfər heyət üzvü və 241 sərnişin olub.

Hadisə nəticəsində 98 nəfər xəsarət alıb, onlardan 36-sı xəstəxanaya yerləşdirilib.

Seçilən
24
36
moderator.az

10Mənbələr