AZ

Sərnişin qatarı relsdən çıxdı

Meksikanın cənubundakı Oaxaka ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı 13 nəfər ölüb, təxminən 100 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, “Reuters” bu barədə Meksika hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qəza Nişanda şəhəri yaxınlığında baş verib. Relsdən çıxan qatarda 250 nəfər olub: doqquz heyət üzvü və 241 sərnişin.

Meksika prezidenti Klaudiya Şeynbaum yaralılardan beşinin vəziyyətinin ağır olduğunu bildirib.

Oaxaka qubernatoru bildirib ki, hakimiyyət orqanları zərərçəkənlərə yardım göstərmək üçün federal qurumlarla əlaqələndirmə işləri aparır.

Seçilən
72
36
publika.az

10Mənbələr