AZ

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

Hindistanda 7 avtobusun və 3 fərdi avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 15 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, qəzaya uğrayan nəqliyyat vasitələri Dehlidən Uttar Pradeş və Madhya Pradeş ştatlarına gedirmiş. Yol polisinin məlumatına görə, qəzaya qatı duman səbəb olub. Toqquşmadan sonra avtobus və avtomobillərdə yanğın baş verib. Meyitlərdən yalnız üçünün şəxsiyyətini müəyyən etmək mümkün olub. Digərləri tanınmaz haldadır. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır.

Seçilən
33
1
azerbaijan-news.az

2Mənbələr