AZ

Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır

Bakı. Trend:

Azərbaycanın beynəlxalq səviyyədə yüksək imiciniformalaşdıran amillərdən biri də respublikamızda idmanın inkişafıvə idmançılarımızın mötəbər yarışlardakı qələbələridir. CənabPrezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunanmərasimdəki çıxışı zamanı toxunduğu məsələlər, idmançılarımızınnəticələri ilə bağlı diqqətə çatdırdığı göstəricilər bir dahatəsdiq etdi ki, Azərbaycan həm də idman dövləti kimi inkişaf edirvə tanınır.

Qeyd edim ki, Azərbaycanda hələ sovet dövründə idman ənənəsiformalaşmışdı. O illərdə azərbaycanlı idmançılar həm fərdi, həm dəkollektiv idman növlərində ittifaq və beynəlxalq miqyasda böyüknailiyyətlər qazanmışdılar, hər yerdə tanınırdılar. Lakin təəssüfləqeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində respublikamızarəhbərlik edənlərin laqeyd münasibəti digər sahələr kimi idmansferasını da tənəzzülə uğratmış, böhrana səbəb olmuşdu. Bununnəticəsi kimi idman infrastrukturu sıradan çıxmış, perspektivliidmançılarımız isə başqa dövlətlərin bayrağı altında çıxış etməkməcburiyyətində qalmışdılar.

İdman sahəsində də vəziyyət yalnız Ulu Öndər Heydər Əliyevinxalqımızın 1993-cü ildə respublikamıza rəhbərliyə başlamasındansonra dəyişdi. Ulu Öndərin müdrikcəsinə əsasını qoyduğu idman,bədən tərbiyyəsi və gənclər siyasəti respublikamızın idmanhəyatındakı tənəzzülü dayandırdı, müsbətə doğru dəyişikliyinəsasını qoydu. Ulu Öndər Heydər Əliyevin sayəsində tezliklərespublikamızda idman sahəsində mühüm uğurlar əldə olundu.Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdən qızılmedallarla qayıtmağa başladılar.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə1997-ci ildə cənab İlham Əliyevin seçilməsi isə idman və bədəntərbiyəsi sferasında həyata keçirilən dövlət siyasətini daha dagücləndirərək, yeni şəraitdə reallaşmasına böyük imkanlar yaratdı.Cənab İlham Əliyev MOK prezidenti kimi ölkədə idmanın və Olimpiyahərəkatının inkişafı, Azərbaycanın beynəlxalq idman aləminəinteqrasiyası ilə bağlı həyata keçirdiyi tədbirlər tezliklə özbəhrəsini verməyə başladı. Bu baxımdan Azərbaycanda idmanla bağlıən böyük həqiqətlərdən biri budur ki, cənab İlham Əliyevin 1997-ciildən MOK-a rəhbərlik etməsindən sonra ölkəmizdə idmanın inkişafıyeni keyfiyyət mərhələsinə qədəm qoyub. Məhz bundan sonraAzərbaycan idmançıları ilk dəfə olaraq Olimpiya Oyunlarında qızılmedallar qazanıblar, respublikamızda idman infrastrukturununyenidən qurulması başlayıb. Hələ 2000-ci il Sidney OlimpiyaOyunlarında qazanılan iki qızıl və bir bürünc medal respublikamızdahəyata keçirilən mütərəqqi idman siyasətindən xəbər verirdi.

Cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi də diqqətyetirdiyi məsələlər sırasında idmanın inkişafı, idmaninfrastrukturunun yenilənməsi xüsusi yer tutur. Respublikamızdademək olar ki, idmanın bütün növləri üzrə ən müasir idmaninfrastrukturu yaradılıb. Bakıda və regionlarda 46 Olimpiya İdmanKompleksi inşa olunub. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ənmötəbər idman yarışlarının keçirilməsi üçün geniş imkanlar var.İndiyə qədər respublikamız I Avropa Oyunları, IV İslam HəmrəyliyiOyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, UEFA Avropa Liqasıkimi mötəbər yarışlara mükəmməl şəkildə evsahibliyi edib. Artıq birneçə ildir ki, Bakıda bütün dünyada böyük maraqla qarşılanan və 500milyon nəfərdən çox auditoriyası olan Formula 1 yarışlarıkeçirilir. Ən mühümü həm də odur ki, yalnız Bakıda deyil,Azərbaycanın regionlarında da böyük idman yarışlarının keçirilməsiüçün böyük imkanlar var.

Qeyd olunanlar Azərbaycanın idman ölkəsi kimi qlobal nüfuzunuyüksəltməklə yanaşı, respublikamızda idmanın daha dakütləviləşməsini və idmançılarımızın beynəlxalq yarışlarda mühümnailiyyətlər qazanmalarını şərtləndirmişdir.

Vətən müharibəsindəki zəfərimiz isə idmançılarımız qarşısındayeni çağırışlar formalaşdırıb. Çünki indi onlar beynəlxalqyarışlarda qalib dövlətin idmançıları kimi çıxış edirlər. Onlar həmdə döyüş meydanında qalib gələn əsgər və zabitlərimizin qələbəyolunu idman meydanlarında davam etdirirlər. Prezident İlhamƏliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdədediyi kimi bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbəidmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Bəli, olduqcaqürurvericidir ki, idmançılarımız bu məsuliyyəti layiqincədoğruldur, öz uğurları isə qələbə estafetini irəliyə aparırlar.

2025-ci il də Azərbaycan idmanı üçün əlamətdardır.İdmançılarımız bu ili böyük nailiyyətlərlə başa vururlar. İlərzində beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dənçox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. CənabPrezident İlham Əliyevin dediyi kimi bu, bir daha onu göstərir ki,idmanın inkişafı Azərbaycanda uğurla gedir.

O cümlədən, il ərzində respublikamız böyük idman hadisələrinəçevrilən yarışlara evsahibliyi edib. Belə ki, bu il Bakıda növbətidəfə Formula 1 yarışı, eyni zamanda, ilk dəfə olaraq UFC üzrəbeynəlxalq turnir keçirilib. Məlum olduğu kimi UFC beynəlxalqmiqyasda izlənən ən populyar idman yarışları sırasında yer alır vəəsasən Amerikada və ya inkişaf etmiş digər ölkələrdə keçirilir. Həmbu turnirin, həm də dünyada böyük maraqla qarşılanan və 500 milyonnəfərdən çox auditoriyası olan Formula 1 yarışlarının Bakıdakeçirilməsi onu göstərir ki, Azərbaycan ən nüfuzlu yarışlarınkeçirildiyi ünvandır. Eyni zamanda, bu yarışlar təsdiq edir ki,Azərbaycan əsl idman dövlətidir.

Bu il həmçinin, Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygölvə Xankəndi şəhərlərində III MDB Oyunları keçirilib. Yüksəktəşkilatçılığı ilə yadda qalan III MDB Oyunları təsdiq etdi ki,Azərbaycanın regionları, hətta işğaldan azad edilən şəhərlərimizböyük idman yarışlarına evsahibliyi etməyə qadirdir. Prezidentİlham Əliyevin bildirdiyi kimi MDB Oyunları bizim potensialımızıgöstərir:

«Bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbiiki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksəksəviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idiki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu,özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilənidman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağıniştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizimpotensialımızı göstərir».

Azərbaycan qarşıdakı dövrdə də mötəbər idman yarışlarınaevsahibliyi edəcək. Prezident İlham Əliyev bununla bağlı qeyd etdiki, gələn il respublikamızda Xizək üzrə Dünya Kuboku yarışıkeçiriləcək. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzində keçiriləcəkbu tədbir Azərbaycanın idman tarixinin mühüm hadisəsi olacaq. Xizəküzrə Dünya Kuboku respublikamızı qış idmanı növlərindən olanxizəksürmənin ünvanlarından biri kimi tanıdacaq.

Azərbaycanın idman tarixi üçün mühüm hadisələrdən biri dəBakının 2026-cı ildə “Dünya İdman Paytaxtı” elan olunmasıdır. Butitul rəsmi olaraq Monakodan Bakıya təhvil verilib. Bakının 2026-cıil “Dünya İdman Paytaxtı” elan olunması respublikamızda idmanıninkişafına verilən beynəlxalq qiymətdir.

2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışıPrezident İlham Əliyevin həm dövlət başçısı, həm də Milli OlimpiyaKomitəsinin prezidenti kimi Azərbaycan idmanı ilə bağlı uğurhesabatı idi. Eyni zamanda cənab Prezident İlham Əliyevin çıxışıondan xəbər verdi ki, idmanın inkişaf etdirilməsi Azərbaycandabundan sonra da dövlət siyasətinin prioritet istiqamətlərindən biriolaraq qalacaq.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Seçilən
44
50
az.trend.az

10Mənbələr