AZ

Yeni il gecəsi skuter sürənlər həbs ediləcək - SƏRT QƏRAR

Belçikanın paytaxtı Brüsseldə 31 dekabr – 1 yanvar tarixlərində elektrikli skuterlərdən istifadə qadağan  edilib. Qərar paytaxtın bütün ərazisini istisnasız əhatə edir.

Avtosfer.az  xəbər verir ki, skuter icarəyə verən şirkkətlər də texnikanı küçələrdən yığışdırmalıdır. Qərarda məqsəd Yeni il günü təcili tibbi yardımın işini asanlaşdırmaqdır. Brüsseldə il ərzində skuterlərin iştirakı ilə baş vermiş mindən çox qəzada 5 nəfər ölüb.

Qaydanı pozanları 1 həftə inzibati həbs və/və ya 1800 avro (3600 AZN) cərimə gözləyir. Şəhər rəhbərliyi heç bir istisnaya yol verilməyəcəyini bildirib.

Vüqar

Seçilən
50
1
avtosfer.az

2Mənbələr