AZ

Tramp və Zelenski görüşü nəticəsiz başa çatıb

Tramp və Zelenski görüşü nəticəsiz başa çatıb

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Floridanın Mar-a-Laqo iqamətgahında keçirilən görüş ciddi irəliləyiş olmadan yekunlaşıb. Palm-Biçdə baş tutan danışıqlar iki saat yarımdan çox davam edib. Bu, ilin əvvəlindən bəri liderlərin dördüncü görüşü olub.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, birgə mətbuat konfransında Tramp sülh sazişinin imzalanma vaxtı ilə bağlı ehtiyatlı danışaraq bildirib ki, prosesin taleyi danışıqların gedişindən asılıdır: "Hər şey yaxşı getsə, bir neçə həftəyə, əks halda isə daha uzun müddətə uzana bilər". ABŞ lideri Ukraynadakı müharibəni İkinci Dünya müharibəsindən bəri ən qanlı və ehtimal ki, ən iri münaqişə adlandırıb.

Zelenski isə 20 maddəlik sülh planının 90 faizinin, ABŞ–Ukrayna təhlükəsizlik zəmanətlərinin isə tam razılaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ–Avropa–Ukrayna formatında təhlükəsizlik mexanizmləri də demək olar ki, hazırdır. Tramp Avropanın Kiyevin təhlükəsizliyinin təminində əsas yükü üzərinə götürəcəyini, ABŞ-ın isə dəstək verəcəyini deyib.

Tərəflər Donbasdakı ərazilərin statusu məsələsində hələ ortaq mövqeyə gələ bilməyib. Tramp bu mövzunun çətin olduğunu, lakin irəliləyişin hiss olunduğunu vurğulayıb. Zelenski isə Trampın sülh planının ayrı-ayrı bəndləri üzrə referendumun mümkünlüyünü istisna etməyib.

ABŞ prezidenti Zaporoje AES-in statusunu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında müzakirə etdiyini, Moskvanın stansiyanın açılması üçün Kiyevlə işlədiyini bildirib. Tramp Putinin stansiyanı raketlərlə hədəfə almadığını da iddia edib. Zelenski bu məsələni şərh etməyib.

Trampın sözlərinə görə, Rusiya Ukraynanın bərpasında iştirak etməyə hazırdır və Putin Ukraynaya ucuz elektrik enerjisi tədarükünü müzakirə edib.

Seçilən
36
32
afn.az

10Mənbələr