AZ

Zalujnı yanvarın əvvəlində Londondakı səfir vəzifəsindən ayrılaraq Kiyəvə qayıda bilər- ÖZƏL

Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnı yanvarın əvvəlində diplomatik postunu tərk edərək Kiyəvə qayıtmağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə "NV" nəşri siyasi və diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, Zalujnı qərarını yaxın günlərdə, yanvarın 4-5-də elan edə bilər:."Görünür, Zalujnı Kiyəvə qayıtmaq istəyir. Əgər qərarına təsir edən yeni amil ortaya çıxmasa, bu barədə yaxın zamanda açıqlama verilə bilər."
Nəşrin digər mənbələrinin bildirdiyinə görə, Zalujnı hələ bir neçə həftə əvvəl Kiyevdə olarkən istefaya getmək niyyətində olduğunu bildirib. Onun prezident Volodimir Zelenski ilə müxtəlif vəzifələr - o cümlədən baş nazir və ya Prezident Administrasiyasının rəhbəri postları barədə müzakirələr apardığı, lakin həmin vaxt bu təkliflərə maraq göstərmədiyi qeyd olunur.
Məlumatlara əsasən, Zalujnı bir müddət ABŞ-da səfir vəzifəsini icra etmək və ya yenidən Silahlı Qüvvələrin baş komandanı postuna qayıtmaq ehtimalını da nəzərdən keçirib. Lakin hazırda bu istiqamətdə konkret qərar mövcud deyil və ABŞ səfirinin dəyişdirilməsi məsələsi gündəmdə deyil.
Bir sıra politoloqlar Zalujnını hələ ötən ildən Zelenskinin mümkün siyasi rəqibi kimi qiymətləndirir və onun Londona diplomat kimi göndərilməsini məhz bu amillə əlaqələndirirlər. Sorğularda Zalujnının hələ də Zelenskidən daha çox dəstək topladığı qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
8
olaylar.az

10Mənbələr