AZ

Azərbaycanda son 6 ildə ət qiymətlərində rekord artım CƏDVƏL

Olke.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda iri və xırdabuynuzlu heyvan ətinin satışında son illərdəki qiymət artımı diqqət çəkib.

Ölkə.Az xəbər verir ki, 2019-cu ildən 2025-ci ilədək qiymətlərin təqribən 33-121% artdığını müşahidə etmək olar.

Son 6 ildə iri və xırdabuynuzlu heyvan ətinin müqayisəli təhlilini təqdim edirik:

Qiymətlərə nəzər saldıqda ən az artımın dana ciyərində (~33%), ən yüksək artımın isə qoyun ətində(~121%) olduğunu görmək mümkündür .

Bahalaşma həmçinin balıq ətinə olan tələbatı artırıb.

Qeyd olunur ki, qiymət artımına təsir edən əsas amillər, ölkədə dabaq xəstəliyinin yayılması və mal bazarlarının bağlanması kimi göstərilir.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
2
olke.az

3Mənbələr