AZ

Çin ordusu Tayvana doğru irəliləyir

AzVision.az Çinin “Sinhua” agentliynə istinadən xəbər verir ki, Komandanlığın rəsmi nümayəndəsi Şi İ Tayvan adasının şimal, cənub-qərb, cənub-şərq və şərqindəki Tayvan boğazı ərazilərinə quru və raket qüvvələrinin, dəniz və hava qüvvələrinin, habelə digər birləşmələrin göndərildiyini bildirib.

“Təlimlərdə əsas diqqət dənizdə və havada döyüş patrulları, ümumi üstünlüyə birgə nail olmaq, əsas liman və ərazilərdən imtina və ada zəncirindən kənarda hərtərəfli çəkindirmə kimi vəzifələrə yönələcək”, - Şi İ deyib.

Onun sözlərinə görə, gəmi və təyyarələrin bir neçə istiqamətdən Tayvana yaxınlaşması və silahlı qüvvələrin müxtəlif bölmələrinin iştirak etdiyi birləşmiş zərbələr“birgə döyüş əməliyyatları keçirmək üçün onların imkanlarını sınamaq”məqsədi daşıyır.

- Bu,“Tayvanın müstəqilliyini” dəstəkləyənlərə və Çinin daxili işlərinə qarışan xarici qüvvələrə ciddi xəbərdarlıqdır,eyni zamanda ölkənin milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün qanuni və zəruri bir addımdır”, - yüksək vəzifəli çinli hərbçi vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
17
11
azvision.az

6Mənbələr