AZ

Real argentinalı yarımmüdafiəçi ilə bağlı son qərarını verdi

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Real"ın yarımmüdafiəçisi Franko Mastantuono 2025/2026 mövsümünün ikinci yarısında daha çox oyun vaxtı qazanmaq üçün qış "transfer pəncərəsi" zamanı İspaniya nəhəngini tərk etməyəcək. Madrid klubu argentinalını heç bir kluba icarəyə göndərmək niyyətində deyil. Sport24.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrisio Romano bu barədə sosial media hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, "Real"ın baş məşqçisi Xabi Alonso və klub rəhbərliyi Frankonu düşərgədə görmək istəyir.

Qeyd edək ki, bir müddət əvvəl mediada yayılan xəbərlərə əsasən, Mastantuono Argentina millisinin heyətində dünya çempionatına yollanmaq üçün daha çox oyun təcrübəsi qazana biləcək kluba icarəyə gedəcək. Hətta "Napoli"nin oyunçunun transferi üçün 50 milyon avro ödəməyə hazır olduğu da bildirilirdi.

Mastantuono 2025-ci ilin avqust ayından "Real" oynayır və İspaniya klubu gənc oyunçu üçün "River Pleyt"ə 45 milyon avro ödəyib. Yarımmüdafiəçi Madrid klubunun heyətində bütün turnirlərdə 14 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
4
sport24.az

3Mənbələr