
Floridada keçirilən görüşlər Ukrayna Prezidenti Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında beş ildən sonra ilk birbaşa telefon danışığına zəmin yarada bilər.
Missiya.Az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqoda Zelenski ilə görüşü bu dialoqun açılmasına imkan verə bilər. Mənbələr bildirir ki, hətta bir telefon danışığı sülh prosesində dönüş nöqtəsi ola bilər.
Zelenski ABŞ-nin hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətlərinin hər hansı razılaşmanın əsas şərti olduğunu vurğulayıb. ABŞ tərəfi isə bu perspektivi Tramp üçün “diplomatik qələbə” kimi qiymətləndirir.
Dekabrın 28-də Mar-a-Laqoda keçirilən üç saatlıq görüşdə konkret irəliləyiş elan olunmayıb, lakin Tramp Zelenskini tərifləyərək sülhün yaxın olduğuna əminliyini bildirib.
Seyranə QuliyevaMissiya.Az