AZ

Rusiya hava limanında 27 reys təxirə salınıb

Rusiyada Kalininqradın Xrabrovo hava limanında iyirmi yeddi uçuş təxirə salınıb.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, təyinat yerləri arasında Moskva, Sankt-Peterburq, Yekaterinburq və Perm var.

Həmçinin, təxirə salınan uçuşların əksəriyyəti Moskvadan Kalininqrada olan reyslərdir.

Xatırladaq ki, bundan əvvəl Moskvanın iki hava limanında - Vnukovo və Şeremetyevoda 270 -dən çox uçuş təxirə salınmışdı.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr