AZ

Meteor yağışı olacaq

Yanvarın əvvəlində maraqlı astronomik hadisə - Kvadrantid meteor yağışı müşahidə olunacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi məlumat yayıb. 

Bildirilib ki, meteor yağışı dekabrın 12-dən yanvarın 12-dək aktiv olsa da, maksimum aktivlik 4 yanvar gecəsi, saat 03:00 radələrində gözlənilir.

Meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə edilə bilər. 

Qeyd edək ki, Kvadrantid meteor yağışı digər klassik meteor yağışlarından fərqli olaraq, kometdən deyil, (196256) 2003 EH₁ adlı asteroid mənşəli cisimdən qaynaqlanır. Yer kürəsi hər il yanvarın əvvəlində bu cismin orbitində qalan toz və qaya hissəciklərindən ibarət axından keçərkən Kvadrantid meteorları yaranır. Kvadrantid meteor yağışı qısaömürlü, lakin ilin ən intensiv meteor yağışlarından biri hesab olunur.

Seçilən
45
36
avtosfer.az

10Mənbələr