AZ

Orta sahibkarlığa verilən kreditlər - 25% BÖYÜYÜB

Azərbaycanın bank sektorunda orta sahibkarlığa kreditləşmə  artır. Bu ilin dekabrın 1-nə orta biznesə yönələn kreditlərin həcmi 2 milyard 279,2 milyon manata çatıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, bütün biznes seqmentləri arasında ən yüksək illik artım tempidir. Ötən ilin eyni dövrü ilə müqayisədə orta biznesə kreditlər 449,4 milyon manat və ya 24,6% artıb.

Belə ki, ötən ilin dekabrın 1-də bu seqmentə 1 milyard 829,8 milyon manat kredit verilmişdi.

Artım bütün dövrlərdə davam edib. Ötən ilin sonuna (1 mlrd. 834 mln. manat) nəzərən portfel 445,2 milyon manat (24,3%), son bir ayda (noyabra nəzərən) isə 13,1 milyon manat (0,6%) böyüyüb.

Xatırladaq ki, orta sahibkarlığa verilən kreditlər bu ilin noyabrın 1-nə 2 milyard 266,1 milyon manat, ötən ilin sonunda 1 milyard 834 milyon manat, ötən ilin eyni dövründə isə 1 milyard 829,8 milyon manat idi.

Seçilən
10
fed.az

1Mənbələr