AZ

Bərpaçı rejissor: Tamaşada əsas obrazı şəhid övladlarının canlandırması qürurverici idi

Bakı, 29 dekabr, Fidan Əlizadə, AZƏRTAC

“Balaca şahzadə” tamaşasının yaddaşımda xüsusi yeri var. Vaxtilə tamaşada əsas obrazı oğlum Rahib Məmmədzadə canlandırıb. Tamaşanın bərpasının mənə həvalə olunmasından böyük məmnunluq duyuram. Uşaqlar tamaşanı böyük maraq və razılıqla qarşılayıblar.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrda qurulan “Balaca şahzadə” tamaşasının bərpaçı rejissoru Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, səhnə əsərində uşaqlarla işləmək maraqlı təcrübə olub.

“Təxminən 50-yə yaxın uşaq arasından obrazlar üçün seçim apardıq. Onların diksiya və səhnə bacarıqlarını yoxladıqda qənaətbəxş nəticələr əldə etdik. Tamaşada əsas obrazları şəhid Telman Kəlbiyevin övladları Elcan və Səid Kəlbiyevlərin canlandırması qürurverici hal idi”,- deyə bərpaçı rejissor əlavə edib.

Seçilən
69
1
azertag.az

2Mənbələr