AZ

Köşkün yanındakı soyuducu YANDI - Alov ağaca keçdi

Sumqayıtda yanğın hadisəsi baş verib.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Alman parkı kimi tanınan ərazinin yaxınlığında köşkün qarşısındakı soyuducu alışıb. Daha sonra yanğın yaxınlıqdakı ağaca keçib.

Əraziyə FHN-in qüvvələri cəlb olunub və yanğın söndürülüb. Hadisə şahidinin sözlərinə görə, sözügedən köşk qaziyə məxsus olub.

Həmin yerdən görüntüləri təqdim edirik:

Seçilən
30
far.az

1Mənbələr