AZ

Nepalda keçmiş rep sənətçisi Baş nazir olmaq istəyir

Nepalda keçmiş rep sənətçisi Balendra Şah 2026-cı ilin mart ayında keçirilməsi planlaşdırılan ümumi seçkilərdə baş nazirliyə namizəd olduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hazırda Katmandu Böyükşəhər Bələdiyyəsinin meri vəzifəsində çalışan keçmiş rep ifaçısı Balendra Şah baş nazirlik uğrunda mübarizə aparacaq.

Rastriya Svatantra Partiyası (RSP) ilə Şah 5 mart 2026-cı il tarixinə planlaşdırılan ümumi seçkilər üçün imzalanan 7 maddəlik razılaşma çərçivəsində ittifaq qurublar.

Razılaşmanın şərtlərinə əsasən, Balendra Şah parlament fraksiyasının rəhbəri və baş nazirliyə namizəd olacaq, RSP-nin sədri və keçmiş Baş nazir müavini Rabi Lamiçhane isə partiyanın rəhbərliyini davam etdirəcək.

Təxminən 30 milyon əhalisi olan Nepalda Nümayəndələr Palatasına 275 üzv seçmək üçün 5 mart 2026-cı ildə ümumi seçkilər keçiriləcək.

Seçilən
34
6
operativmm.az

9Mənbələr