AZ

ABŞ donanması Okinavadan bəzi dəniz piyadalarını çıxartmaqdan imtina edib

ABŞ ordusu 4-cü dəniz piyada alayını Okinavadan (Yaponiya) geri çəkmək planlarından imtina etmək qərarına gəlib. Alay bölgədə hərbi münaqişə baş verəcəyi halda, Tayvan sahillərindəki xırda adalarda kiçik qruplarla əməliyyatlar üçün nəzərdə tutulub.

Herbiand.az xəbər verir ki, əvvəllər Okinavada hərbi mövcudluğun azaldılması proqramının bir hissəsi olaraq alayı ABŞ-ın Quam adasına köçürmək planlaşdırılırdı.

Hazırda Okinavada təxminən 19.000 ABŞ dəniz piyadası var. Onlardan 9000 dənizçinin adadan çıxarılması qərarı verilib, o cümlədən 4000-i Quama.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
53
2
herbiand.az

3Mənbələr