AZ

Zelenski Trampın Ukraynaya təklif etdiyi zəmanətləri AÇIQLAYIB

"ABŞ Prezidenti Donald Tramp Kiyevə 15 illik zəmanət təklif edib".

Qaziler.az “Novosti.Live” istinadən xəbər verir ki,  bu barədə Ukraynal lideri açıqlama verib. Siyasətçi qeyd edib ki, Ukrayna tərəfi bu müddəti 30 ilə qədər uzatmaq istəyir.

“Həqiqətən də, bu [təklif] daimi deyil, sənəd 15 il müddətinədir və uzadılma ehtimalı var”, - Zelenski vurğulayıb.

Ukrayna Prezidenti qeyd edib ki, bu məsələni Amerika lideri ilə müzakirə edib. Zelenski Trampa münaqişənin təxminən 15 il davam etdiyini, ona görə də daha uzun müddətli zəmanətlər istədiyini bildirib. Ukrayna lideri həmçinin 40 və 50 illik müddətlər təklif edib. Zelenskinin sözlərinə görə, Tramp bu tələbi nəzərdən keçirəcəyinə söz verib.

QAZİLER.AZ

Seçilən
34
50
qaziler.az

10Mənbələr