AZ

Zelenski Trampın Putinlə danışıqlarının detallarını açıqladı

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə apardığı uzunmüddətli telefon danışığında sülh planının bütün 20 maddəsinin ətraflı müzakirə olunduğu bildirilib.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib. Məlumatı RBK-Ukrayna yayıb.

Zelenskinin sözlərinə görə, Tramp ona sənədin maddə-maddə müzakirə edildiyini və məhz tərəflər arasında əvvəlcədən razılaşdırılmış planın əsas götürüldüyünü təsdiqləyib.

“Tramp mənə dedi ki, planın bütün 20 maddəsini bir-bir müzakirə edib. Mən buna görə ona təşəkkür etdim, çünki hamımızın eyni kontekstdə olması və başqa yox, məhz bu sənədin müzakirə olunması çox vacibdir”, – deyə Ukrayna prezidenti vurğulayıb.

Zelenski əlavə edib ki, Tramp Putin tərəfinin razılaşmaları yerinə yetirməyə hazır olduğunu bildirsə də, Ukrayna bu cür bəyanatlara ehtiyatla yanaşır.

“Bizim üçün bu, Putinin ilk dəfə nəsə deyib sonra başqa cür hərəkət etməsi deyil. Bizim üçün əsas olan sözlə əməlin üst-üstə düşməsidir”, – deyə o, qeyd edib.

Ukrayna prezidenti danışıqların detallarını açıqlamaqdan çəkinib və əsas diqqətin razılaşmaların real icrasına yönəldilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin bildirib ki, müharibənin başa çatması və Ukraynada hərbi vəziyyətin ləğvi yalnız ölkəyə effektiv təhlükəsizlik zəmanətləri verildiyi halda mümkündür.

“Hər şeydən əvvəl hamımız müharibənin bitməsini istəyirik və bundan sonra hərbi vəziyyət başa çatacaq. Ancaq bu, yalnız Ukraynada real təhlükəsizlik zəmanətləri olduğu halda mümkün olacaq. Təhlükəsizlik zəmanətləri olmadan bu müharibənin həqiqətən bitdiyini qəbul edə bilmərik, çünki belə bir qonşu ilə yenidən təcavüz riski qalır”, – deyə Zelenski bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
83
4
konkret.az

10Mənbələr