AZ

Arzu və Alena Əliyeva sənət sərgisində

Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləşən "Türk Dünyası" rəsm qalereyasında "Rənglərdə yaşanan 10 il" mövzusunda sərgi keçirilib. Mərkəzin 10 illik yubileyi ərəfəsində təşkil olunan sərgidə 6–30 yaşarası tələbə-rəssamların və müəllim heyətinin rəssamlığın rəngarəng texnikalarından istifadə edərək hazırladıqları əl işləri nümayiş etdirilib.

Publika.az xəbər verir ki, sərgidə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Arzu Əliyeva və Alena Əliyeva mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, sərgilənən əl işlərinə baxış keçirib, qonaqlar və sərgi iştirakçıları ilə şəkil çəkdiriblər.

Gənc rəssamların rəngkarlıq, heykəltəraşlıq, taxta üzərində yandırma, kvillinq-art, batika, ebru, alcohol ink, qrafika, wood-art, mixed media art (dekorativ-tətbiqi sənət) kimi müxtəlif mövzularda hazırlanmış işləri böyük maraqla qarşılanıb.

Tədbiri Zirə Mədəniyyət Mərkəzinin rəhbərliyi adından Ləman Əliyeva açaraq mərkəzin fəaliyyəti və sərgi haqqında ətraflı məlumat verib. Daha sonra Art Studiyanın rəhbəri Məzahir Rüstəmov çıxış edərək Art Studiyanın 10 illik inkişaf yolu, əldə olunan nailiyyətlər və gənc rəssamların yaradıcılıq uğurları barədə məlumat verib.

Seçilən
70
29
publika.az

10Mənbələr