AZ

Səfir: ABŞ və Ermənistan həlledici sferalarda yeni birgə təşəbbüslər başladır

ABŞ və Ermənistan texnologiya, enerji, rabitə və təhlükəsizlik sahələrində yeni birgə təşəbbüslər başladır.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn Yeni il nitqində bildirib.

Onun sözlərinə görə, 2025-ci il Ermənistan-ABŞ münasibətlərində ən böyük inkişaf dövrü olub.

"Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Prezident Donald Trampla Ağ Evdə keçirilən tarixi görüş zamanı (8 avqust - red.) onilliklərlə irəli gedəcək yolumuzu müəyyən edəcək əməkdaşlıq çərçivələri təyin edilib. Həmçinin firavan və sabitliyi gücləndirməyə yönəlmiş texnologiya, enerji, rabitə və təhlükəsizlik sahələrində yeni Ermənistan-ABŞ təşəbbüslərini başladırıq", - K.Kuinn vurğulayıb.

Səfir qeyd edib ki, ABŞ və Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün birgə işləməyə davam edirlər.

Seçilən
82
far.az

1Mənbələr