Bakı. Trend:
Tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi,eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnolojiəməliyyatların yerinə yetirilməsi şərtilə AzərbaycanRespublikasının ərazisində istehsal olunan minik avtomobillərininsatışı 2027-ci il yanvarın 1-dən 7 il müddətinəƏDV-dən azad ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən,Azərbaycan Respublikasının ərazisində istehsal olunan minikavtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 ilmüddətinə ƏDV-dən azaddır.