AZ

Türkiyədə 1800 illik sərdabə tapılıb FOTOLAR

ain.az bildirir, Azvision portalına istinadən.

Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, Adıyaman Muzeylər İdarəsi rayonun Yuxarı Söyüdlü kəndində yerləşən tapıntı ilə əlaqədar təhqiqata başlayıb. Muzeyin direktoru Məmməd Alqanın sözlərinə görə, belə bir sərdabə rayonun ərazisində ilk dəfə üzə çıxarılıb: "Ən az beş otaqdan ibarət günbəzli sərdabə sərt qayalıq mövqedədir. Girişin hər iki tərəfində üçtağlı məzar otaqları yerləşir. Otaqlar sütunlar vasitəsilə bir-birinə bağlıdır. Tavanda isə memarlıq baxımından nəzərəçarpan, xüsusi incəliklə işlənmiş naxışlar mövcuddur. Girişin düz qarşısındakı otaqda isə 6 dağ keçisi başı qabartması var ki, onlar da çələngvari naxışlarla birgə vahid kompozisiya əmələ gətirir. Bu kompozisiyanın yuxarı hissəsində isə dəniz ilbizi fiqurları işlənib. Mənzərə ümumilikdə əbədiyyətin simvoludur".

Muzey direktoru həmçinin diqqətə çatdırıb ki, məzar otağının sağ və sol guşəsində şamların yandırıldığı, içinə qurban paylarının qoyulduğu oyuqlar aşkarlanıb: "Belə qənaətdəyik ki, sərdabə ali zümrəyə mənsub şəxslərə aiddir. Sərdabənin qeydiyyatının aparılması məqsədilə Şanlıurfa Mədəni İrsin Qorunması üzrə Regional İdarəsinə müraciət göndərəcəyik".

Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
azvision.az

1Mənbələr