AZ

IGB istixana qazlarının emissiyalarını əhəmiyyətli dərəcədə azaldıb

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) 2024-cü ildəistixana qazlarının emissiyalarını əhəmiyyətli dərəcədəazaldıb.

Trend bu barədəqaz kəmərinin operatoru ICGB-yə istinadən xəbər verir.

"ICGB-nin istixana qazları üzrə son hesabatı göstərir ki,2024-cü ildə 2023-cü illə müqayisədə emissiyalar əhəmiyyətlidərəcədə - təxminən 13,8 min ton CO₂ ekvivalentindən 3,7 min tonaqədər azalıb. Bu irəliləyiş şirkətin tikinti mərhələsindən taməməliyyat fəaliyyətinə keçməsi ilə bağlıdır və bu, materiallar,nəqliyyat və tikinti işləri ilə bağlı emissiyaların təbii şəkildəazalmasına gətirib çıxarır", – şirkətin məlumatında bildirilir.

2024-cü ildə ICGB-nin qalan karbon izi əsasən enerji istifadəsi,işgüzar səfərlər və texniki xidmət kimi gündəlik əməliyyatlarlabağlıdır. Şirkət bu sahələrdə səmərəliliyi artırmaq və dayanıqlıtəcrübələri tətbiq etmək üçün yeni imkanlar axtarmaqda davamedir.

Hesabat aparıcı beynəlxalq standartlar və Aİ reqlamentlərinəuyğun hazırlanıb.

Qeyd edək ki, IGB Yunanıstanın milli qaz nəqliyyat sistemi(DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini(Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaz nəqliyyatsistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsindəbirləşdirilib.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazınYunanıstan-Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazarmarağı və qonşu qaz nəqliyyat sistemlərinin imkanlarından asılıolaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.

Məqalədə:
Seçilən
50
28
az.trend.az

10Mənbələr