AZ

Gürcüstanın sabiq baş prokuroru beynəlxalq axtarışa verilib

Bu barədə Gürcüstan daxili İşlər nazirinin müavini Aleksandr Daraxvelidze yerli mətbuataaçıqlamasındaməlumat verib. Onun sözlərinə görə, hadisənin təhqiqatı nəticəsində aydınlaşıb ki, qətlin təşkilatçısı məhz Otar Parçxaladzedir:

"Baş Prokurorluq onun cinayət məsuliyyətinə cəlbi üçün müvafiq qərar çıxarıb. Eyni zamanda, şübhəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəməyə vəsatət veriləcək".

İş adamı Levan Canqveladze 14 mart 2025-ci ildə Tbilisidə qətlə yetirilib. Onun qatili Gela Udzilauri saxlanılıb. Hərçənd o, cinayətin "sifarişli qətl" ehtimalını yalanlayıb. 2013-cü ilin 7-30 noyabr aralığında qısa müddət Gürcüstanın baş prokuroru vəzifəsini tutan iş adamı Otar Parçxaladze isə 2021-ci ilin 24 fevralındaRusiya vətəndaşlığına keçib.2025-ci ilin 17 oktyabrında Gürcüstanda hökuməti devirməyə cəhd iddiası üzrə istintaq çərçivəsində onun iqamətgahında da axtarış aparılıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
43
10
azvision.az

10Mənbələr