AZ

ABŞ dəniz piyadalarını Okinavadan çıxarmaqdan imtina edib

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ ordusu 4-cü Dəniz Piyadaları Alayını Okinavadan çıxarmaq planından imtina etmək qərarına gəlib. Bu qüvvə ərazidə hərbi münaqişə baş verərsə, Tayvan sahilindəki kiçik adalarda kiçikmiqyaslı əməliyyatlar üçün nəzərdə tutulub.

Reyting.az “Kyodo” xəbər agentliyinə istinadla bildirir ki, əvvəllər adıçəkilən alay Okinavada hərbi mövcudluğun azaldılması proqramının bir hissəsi kimi Amerikanın Quam adasına köçürülməsi planlaşdırılsa da, bu plan əməliyyat səbəblərinə görə yenidən işlənib.

ABŞ hərbi komandanlığı Quamın Tayvan zonasından təxminən 3000 kilometr, Okinavanın isə təxminən 500 kilometr məsafədə olduğunu güman edirdi. Bu, fövqəladə vəziyyətdə alayın yerləşdirilmə müddətini əhəmiyyətli dərəcədə azaldır.

Qeyd edək ki, Vaşinqton və Tokio illərdir Okinavada Amerika kontingentinin azaldılması ilə bağlı danışıqlar aparırlar. Yaponiyadakı ABŞ hərbi obyektlərinin təxminən 70 faizi və demək olar, bütün döyüş bölmələri orada cəmləşib ki, bu da yerli hakimiyyət orqanları və əhali arasında narazılığa səbəb olur. Hazırda Okinavada təxminən 19.000 ABŞ dəniz piyadası var, onlardan 9.000-i geri çəkilib, o cümlədən 4.000-i Quam adasına göndərilib.

ELÇİN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
reyting.az

3Mənbələr